Zəlzələ: “Hatayspor”un gənc oyunçusu öldü
Türkiyənin “Hatayspor” klubunun qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ nəticəsində vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
15 yaşlı oyunçunun cansız bədəni dağıntılar altından çıxarılıb. Demetgülün yanında “Hatayspor” forması da olub.
Klubun idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu ilə bağlı hazırda heç bir məlumat yoxdur.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin