Zəfər kubokunda ilk finalçı bilindi

ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər kubokunda yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan ilk görüşdə “Xocavənd” və “Qubadlı” komandaları qarşılaşıblar.

Matçı fəxri qonaq qismində Milli Məclisin 42 saylı Sumqayıt II seçki dairəsindən deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədri, əslən Qubadlıdan olan Tahir Mirkişili, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi qəhrəmanı, eyni zamanda Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov, həmçinin, dünya kuboku və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının qalibi, Minsk-2019 Avropa Oyunlarının gümüş, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, əslən Qubadlıdan olan yunan-Roma güləşçisi İslam Abbasov izləyib.

Qonaqların topa rəmzi toxunuşundan sonra qarşılaşma başlayıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Xocavənd” finala yüksələn ilk komanda olub. “Qubadlı” isə bürünc medallara layiq görülüb.

Yarımfinalın digər oyununda “Suqovuşan” “Ağdam”ı sınağa çəkəcək.

Zəfər kuboku

28 may

Yarımfinal

“Xocavənd” – “Qubadlı” 2:1

Zəfər kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə gerçəkləşir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button