Zəfər kuboku: “Şuşa” mübarizəni dayandırdı
İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər kubokunda 2-ci turun matçları keçirilib.
Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında 4 qarşılaşma oynanılıb.
Görüşlərdən öncə fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadənin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub, mərhumun xatirəsi ehtiramla anılıb. Eyni zamanda, fəxri qonaqlar iştirakçı komandalara uğurlar arzulayacaq, topa rəmzi toxunuş edib və xatirə fotosu çəkdirilib.
Günün ilk matçında “Xocalı” B qrupunda “Şuşa”nı 7:1 hesabı ilə üstələyib. Hər iki görüşdə məğlub olan “Şuşa” növbəti mərhələ şanslarını itirib. Oyunu fəxri qonaq qismində Mətbuat Şurasının sədri Əflatun Amaşov və Vətən müharibəsi qazisi, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş kapitan Anar Əhmədov izləyib.
İkinci matçda “Xocavənd” A qrupunda “Cəbrayıl”ı 6 cavabsız qolla məğlub edib. Qarşılaşmadan öncə MMA döyüşçüsü Nəriman Abbasov və onun şəxsi məşqçisi, “Azerbaijan Fight Club” və “TT Fight Club”un əslən Xocavənd rayonundan olan prezidenti Şəhriyar Abbasov və əslən Cəbrayıldan olan futbol meneceri Səbuhi Səfiyarlı komandalara uğurlar arzulayıb.
A qrupunda növbəti mərhələyə yüksələcək komanda mayın 22-də baş tutacaq “Xocavənd” – “Füzuli” matçından sonra bəlli olacaq.
D qrupunun maraqla gözlənilən qarşılaşmasında “Xocavənd” “Ağdam”la üz-üzə gəlib. Görüş qollu bərabərliklə bitib – 2:2. Bu, turnirdə heç-heçə ilə bitən ilk görüş olub. Eyni zamanda ilk dəfə qırmızı vərəqə və avtoqol qeydə alınıb.
Matçı Milli Məclisin deputatları – 26 saylı Sabunçu birinci seçki dairəsindən Fazil Mustafa və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, İsgəndər Cavadov Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov və ETOPAZ-ın nümayəndəsi Əminə Rzayeva izləyib.
Bu qrupda yarımfinala vəsiqə verən 1-ci yerin taleyinə sonuncu turdakı “Zəngilan” – “Xocavənd” duelindən sonra aydınlıq gələcək.
Nəhayət, C qrupunda “Qubadlı” ilk oyununda “Kəlbəcər”in qapısından 4 cavabsız top keçirib.
Görüşün fəxri qonaqları qismində Milli Məclisin deputatı – 123 saylı Kəlbəcər Seçki Dairəsindən Aqil Məmmədov, Azərbaycanın tanınmış cüdoçusu, qadınlardan ibarət milli komandanın məşqçisi, əslən Kəlbəcərdən olan Kifayət Qasımova və Azərbaycan Televiziyasının şəhid operatoru, “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, əslən Qubadlıdan olan Sirac Abışovun qardaşı Şirzad Səmədov, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və “Report”un redaktoru İmdad Əlizadə çıxış edib.
Sonuncu turda “Qubadlı” – “Laçın” görüşü gerçəkləşəcək və qrup birincisi bəlli olacaq.
Zəfər kuboku
15 may
A qrupu
“Xocavənd” – “Cəbrayıl” 6:0 (1:0)
Qollar: Ümid Süleymanov (3), Fərid Məmmədov (3)
8 may
A qrupu
“Füzuli” – “Cəbrayıl” 2:4
Xocavənd 1 1 0 0 6-0 3
Cəbrayıl 2 1 0 1 4-8 3
Füzuli 1 0 0 1 2-4 0
22 may: “Füzuli” – “Xocavənd”
B qrupu
“Xocalı” – “Şuşa” 7:1 (2:0)
Qollar: Vəfadar Əliyev (3). Seymur Baxşıyev (3), Bəxtiyar Hacıyev – Nicat Abbasov
8 may
“Suqovuşan” – “Şuşa” 9:1
Suqovuşan 1 1 0 0 9-1 3
Xocalı 1 1 0 0 7-1 3
Şuşa 2 0 0 2 2-16 0
22 may: “Suqovuşan” – “Xocalı”
C qrupu
“Qubadlı” – “Kəlbəcər” 4:0 (2:0)
Qollar: Elcan Məmmədli (2), Anar Qaraxançallı, Rəşad Şükürov
8 may
“Laçın” – “Kəlbəcər” 0:2
Qubadlı 1 1 0 0 4-0 3
Kəlbəcər 2 1 0 1 2-4 3
Laçın 1 0 0 1 0-2 0
22 may: “Laçın” – “Qubadlı”
D qrupu
“Xankəndi” – “Ağdam” 2:2 (1:2)
Qollar: Mirbağırağa Cəfəri, Xanoğlan İmanov – Məsim Məsimov, Səxavət Qurbanov (avtoqol)
Sarı vərəqələr: Məsim Məsimov, Rövşən Əhlimanoğlu, Rüstəm Allahverdiyev – Vüsal Mirzəyev, Elvin Rüstəmov, Şəfail Baxşıyev
Qırmızı vərəqə: İbrahim Cəfərov (“Xankəndi” – baş məşqçi)
4 may
“Zəngilan” – “Ağdam” – 0:10
Ağdam 2 1 1 0 12-2 4
Xankəndi 1 0 1 0 2-2 1
Zəngilan 1 0 0 1 0-10 0
22 may: “Zəngilan” – “Xankəndi”
Bombardirlər: Nurşən Quliyev (“Suqovuşan”) – 6, Ümid Süleymanov (“Xocavənd”), Fərid Məmmədov (“Xocavənd”), Vəfadar Əliyev (“Xocalı”). Seymur Baxşıyev (“Xocalı”), Mirbağırağa Cəfəri (“Ağdam”), Əli Raufoğlu (“Cəbrayıl”), Xanoğlan İmanov (“Ağdam”), Şəfail Baxşıyev (“Ağdam”) – hamısı 3, Murad Əliyev (“Füzuli”), Elcan Məmmədli (“Qubadlı”) – hər ikisi 2 qol.
Zəfər kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə gerçəkləşir.
Bizi Facebook-da izləyin