
“Zədələr rotasiyaya imkan vermir” – Elmar Baxşıyev
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi götürəndə, bilirdik ki, bizi hansı təhlükə gözləyir. Komandanı çətin oyuna hazırlaşdıranda, rəqibin üstün cəhətlərini bildirmişdik. Yolumuza davam edirik. Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. “Turan Tovuz” rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi. Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir.
Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə…Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqdir.
Bizim üçün hər oyun önəmlidir. Bu matçı unudub, komandanı qarşıdakı görüşə hazırlayacağıq”.
Bizi Facebook-da izləyin