“Zədələrdən şikayət edə bilmərik” – “Çelsi”nin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 19-cu turunda “Mançester Siti”yə məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, baş məşqçi məğlubiyyətə baxmayaraq, komandası ilə fəxr etdiyini deyib:

“Oyunun əvvəlində Sterlinq və Pulişiçin itkilərini nəzərə alsaz, uşaqlar hər şeyi verdilər. Yüksək səviyyəli komandaya qarşı çətin oyun oldu, buna görə də, nəticəyə baxmayaraq, futbolçularla fəxr edirəm. Hazırda çətindir, etiraf etməliyəm və uşaqlara rəğbət bəsləyirəm. Amma biz birləşməliyik. Zədələrdən şikayət edə bilmərik. Sadəcə olaraq, bununla barışmalıyıq.

Məşqçi həmişə məsuliyyəti öz üzərinə götürməlidir. Amma ümid var ki, insanlar vəziyyətimizə baxacaqlar və nə ilə qarşılaşmalı olduğumuzu görəcəklər. Lakin eyni zamanda, məğlubiyyətdən böyük emosiya var. Azarkeşlər komandanı alqışladılar və uşaqların necə oynadıqlarını görə bildilər”.

“Mançester Siti” 39 xalla Premyer Liqada 2-ci yerdədir. “Çelsi” isə 25 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button