“Yəhudilər üçün qara gün” sözlərinə görə cəzalandırıldı

“Nitsa”nın müdafiəçisi Youssef Atal Fələstinə verdiyi dəstəyə görə komandanın məşqlərindən uzaqlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əlcəzair millisinin müdafiəçisi bundan əvvəl “yəhudilər üçün qara gün” paylaşımı edib. Daha sonra o, sosial şəbəkədəki paylaşımına görə üzr istəyib və zorakılığın bütün formalarını pislədiyini bildirib.

Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edərək, hərbi əməliyyatlara başladığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button