“Yuventus” PSJ-nin aparıcı futbolçusunu “qaralayıb”
“Yuventus” PSJ-nin müdafiəçisi Markinyosu transfer etməkdə maraqlıdır.
Komanda.az “Calciomercatoweb”-ə istinadən xəbər verir ki, “qoca sinyora” bu transfer üçün böyük məbləğdə pul ödəməyə hazırdır. Braziliyalı futbolçu bu mövsüm komandası ilə Çempionlar Liqasını qazanacağı halda, parisliləri tərk edə bilər.
28 yaşlı Markinyos 2013-cü ilin yayından PSJ-də çıxış edir. DÇ-2022-də çıxış edəcək brazilyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 1 qol vurub.
Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin