“Yuventus”un Zidan planı

“Real”ın baş məşqçisi Zinəddin Zidan İtaliyada çalışa bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” baş məşqçisi Mauritsio Sarrini fransalı mütəxəssislə əvəzləmək niyyətindədir. Klubun prezidenti Andrea Anyellinin Zidanla yaxşı münasibətdə olduğu və onun rəhbərliyi altında komandanın Çempionlar Liqasını qazanacağına ümid etdiyi bildirilir. Turin klubunun Zidana ildə 8 milyon avro olmaqla, üç illik müqavilə təklif etməyə hazır olduğu deyilir. Bundan başqa, “Yuventus” Zidan üçün “Real”a təzminat məbləği ödəmək fikrində deyil.

“Real”ın da mövsümün sonunda Zidanla yollarını ayırmaq istədiyi deyilir. Onun “kral klubu” ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button