“Yuventus”un zədəlisi sıraya döndü
“Yuventus”un zədəli futbolçusu Matteys de Liqt sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərdə iştirak edir. Onun UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Zenit”lə (Rusiya) görüşdə meydana çıxması ehtimal olunur. Belə ki, baş məşqçi Massimiliano Alleqri sözügedən oyun üçün açıqladığı iştirak ərizəsinə niderlandlı futbolçunun da adını daxil edib.
Oktyabrın 20-də keçiriləcək “Zenit” – “Yuventus” matçına saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin