“Yuventus”un zədəlisi sağaldı
“Yuventus”un zədəli futbolçusu Paulo Dibala sağalıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu bu gün məşqə başlayacaq. Özünü yaxşı hiss edən və tezliklə meydana qayıtmaq istədiyi deyilən Dibala, A Seriyasının növbəti turunda keçiriləcək “Roma” ilə oyunda iştirak edə bilər.
Futbolçunun bu oyunda iştirak edib-etməyəcəyinə bu gün məşqçilər heyəti qərar verəcək.
“Yuventus” – “Roma” oyunu fevralın 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin