“Yuventus”un yetirməsi İngiltərə klubuna keçib

“Yuventus”un yetirməsi olan müdafiəçi Nikolo Savona karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Nottingem Forest”ə transfer olunub.

“Yuventus” bu keçiddən 13 milyon avro əsas məbləğ, əlavə olaraq isə 2,5 milyon avro bonus qazanacaq.

İtaliyalı futbolçu Savona ötən mövsüm A Seriyasında 28 oyuna çıxaraq, 2 qol vurmağa nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button