“Yuventus”la müqavilə imzalamaq üçün karantin qaydalarını pozdu

“Yuventus”un yeni transferi Duşan Vlahoviçin karantin qaydalarını pozduğu iddia edilir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Belə ki, yanvarın 22-də koronavirus testi pozitiv çıxan serbiyalı hücumçu ayın 29-na qədər karantində qalmalı idi. Lakin o, ayın 28-də “Yuventus”la rəsmi müqavilə imzalayıb.

Toskana Səhiyyə Xidməti Vlahoviçin məsələsinin araşdırılması üçün prokurorluğa müraciət edib.

Vlahoviç qış fasiləsində 75 milyon avro qarşılığında “Fiorentina”dan “Yuventus”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button