
Yeni baş məşqçidən Vlahoviç haqda açıqlama
“Yuventus”un yeni baş məşqçisi Luçano Spaletti hücumçu Duşan Vlahoviçin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı “Pazzi di Fanta” nəşrinə açıqlamasında 25 yaşlı forvardın komandada qalmaq niyyətində olduğunu bildirib:
“Vlahoviçlə danışdım, mənə dedi ki, komandada qalmaq istəyir. O, müqaviləyə görə narahat deyil, sadəcə futbol oynamaq istəyir”.
Serbiyalı hücumçunun “Yuventus”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. O, cari mövsümdə A Seriyasında 10 oyun keçirib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



