“Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı
İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin kimliyinə rəsmən aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi xeyli müddətdi gözlənildiyi kimi, italiyalı mütəxəssis Maurisio Sarriyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Maurisio Sarri “Yuventus”un yeni baş məşqçisi oldu. Xoş gəldin, Sarri” sözlərinin yer aldığı xəbərdə tərəflər arasında neçə illik müqavilə imzalandığı bildirilməyib.
Bir müddət öncə istefaya göndərilən Massimilano Alleqrini əvəz edən Sarri geridə qalan mövsümdə İngiltərənin “Çelsi” klubunu çalışdırırdı. O, ilk dəfə ölkəsindən kənarda çalışdığı mövsümdə “zadəganlar”ı Avropa Liqasının qalibi etdi, bu komandaya Premyer Liqanın bürünc medallarını qazandırdı.
60 yaşlı mütəxəssis karyerası ərzində “Napoli”, “Empoli”, “Alessandria”, “Sorrento”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Peskara” kimi klubları da çalışdırıb.
Sarri ilə vidalaşmaq məcburiyyətində qalan “Çelsi”nin yeni baş məşqçisinin isə Frenk Lempard olması gözlənilir.
Bizi Facebook-da izləyin