“Yuventus”un futbolçusunun Premyer Liqadan 2 “elçi”si var

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İngiltərə Premyer Liqasınin iki klubunun “radar”ındadır.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Mançester Yunayted” və “Nyukasl” maraqlanır.

Rabyo “Yuventus”la yeni müqavilə imzalamaqdan imtina edəcəyi təqdirdə, “qırmızı şeytanlar” və “Nyukasl” onu almağa çalışacaq.

Yarımmüdafiəçinin Turin klubu ilə hazırkı müqaviləsi yayda başa çatır. Əvvəllər “Mançester Yunayted” Rabyo ilə maraqlanırdı. Amma futbolçu çox maaş istədiyi üçün ingilislər onunla şəxsi şərtlərdə razılığa gələ bilməmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button