“Yuventus” Türkiyə klubunun müdafiəçisi ilə maraqlanır

“Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi slovakiyalı futbolçunu yanvar ayı üçün prioritet transfer hədəfi kimi müəyyənləşdirib. Klub Qleyson Bremerin zədə problemlərinə görə müdafiənin mərkəzində gücləndiricilər axtarır.

Şkrinyar bu ilin iyulunda icarə əsasında PSJ-dən “Fənərbaxça”ya keçib. 30 yaşlı futbolçu Fransa klubundan əvvəl isə yeddi il yarım İtaliyada – “Sampdoriya” (2016-2017) və “İnter”də (2017-2023) çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button