“Yuventus”un xatirinə Qvardiolanın təklifindən imtina etdim”

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba İtaliya klubuna keçməzdən əvvəl ispaniyalı mütəxəssis Xosep Qvardiolanın təklifindən necə imtina etdiyi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Yuventus”a görə Qvardiolanın təklifindən imtina etdiyini bildirib:

“Yuventus”un xatirinə Qvardiolanın təklifindən imtina etdim. Bu, həqiqətən də belədir”.

Poqba dopinq qalmaqalına görə məruz qaldığı diskvalifikasiyaya etiraz edərək, cəzasını 4 ildən 18 aya endirməyi bacarıb. Belə ki, o, mart ayında futbola qayıda biləcək.

31 yaşlı futbolçu 2022-ci ildən Turin klubunun oyunçusudur. Tərəflər arasındakı müqavilə 2025/26 mövsümünün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button