Markizio və ailəsi koronavirusa yoluxdu

“Yuventus”un və İtaliya milli komandasının sabiq futbolçusu Klaudio Markizio və ailəsi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin həyat yoldaşı Robert Sinopoli “instagram” hesabında paylaşım edib. O, bütün ailə üzvlərinin koronavirus testinin müsbət çıxdığını bildirib. Markizio və ailəsinin səhhəti yaxşıdır.

2008-2018-ci illər aralığında “Yuventus”da çıxış edən Markizio 2019-cu ildə futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button