Llorente La Liqa klubuyla müqavilə imzaladı

“Yuventus”un və İspaniya milli komandasının sabiq üzvü Fernando Llorentenin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Eybar”la müqavilə imzalayıb. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Llorente ilə müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.

Llorente karyerası ərzində daha əvvəl İspaniyada “Sevilya”, “Atletik”, İngiltərədə “Tottenhem”, İtaliyada “Yuventus”, “Napoli” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button