“Yuventus”un türk futbolçusundan 2 min ailəyə yardım
Futbol üzrə Türkiyə yığma komandasının və İtaliya çempionu “Yuventus”un müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.
Komanda.az xəbər verir ki, o, bu barədə “Tvitter”dəki hesabı vasitəsilə məlumat yayıb.
22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.
Demiral həmin ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin