“Milan”dan çətin qələbə
İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış oyununda iki Turin təmsilçisi qarşılaşıb. “Yuventus” “Torino”nu sınağa çəkib. Derbidə qalib müəyyənləşməyib.
“İnter” bu turda “Udineze” səfərinə yollanıb. Milan təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
Turun əksər görüşləri bazar gününə təsadüf edib. Məhsuldar keçən “Parma” – “Sampdoriya”, “Sassuolo” – “Frozinone”, eləcə də “Cenoa” – “Roma” matçlarında qalib müəyyənləşməyib. “Empoli” “Fiorentina”nı minimal hesabla məğlub edib. “Latsio” isə “Atalanta” ilə qarşılaşmadan məğlub ayrılıb. “Napoli” isə “Kalyari” ilə ev oyununda əzmkar qələbəyə sevinib.
Son oyun günündə “Milan” “Bolonya”nı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma milanlıların çətin qələbəsiylə yekunlaşıb.
İtaliya A Seriyası, 35-ci tur
3 may
Yuventus – Torino 1:1
Qol: Ronaldo, 84 – Lukiç, 18.
4 may
Kyevo – SPAL 0:4
Qol: Felipe, 8; 55. Flokkari, 47. Kurtiç, 81.
Udineze – İnter 0:0
5 may
Empoli – Fiorentina 1:0
Qol: Farrias, 54.
Latsio – Atalanta 1:3
Qol: Parolo, 3 – Sapata, 22. Kastanye, 58. Uollos, 76-öz qapısına.
Parma – Sampdoriya 3:3
Qol: Qatsola, 2. Kuçka, 67-pen. Bastoni, 71 – Kvalyarella, 28-pen; 61. Defrel, 38.
Sassuolo – Frozinone 2:2
Qol: Ferrari, 66. Boqa, 77 – Sammarko, 8. Paqanini, 36.
Cenoa – Roma 1:1
Qol: Romero, 90 – El Şaaravi, 82.
Napoli – Kalyari 2:1
Qol: Mertens, 85. İnsinye, 90-pen – Pavoletti, 63.
6 may
Milan – Bolonya 2:1
Qol: Suso, 37. Borini, 67 – Destro, 72.
Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 25 qol.
Bizi Facebook-da izləyin