
“Yuventus” Premyer Liqa klubunun oyunçusu ilə maraqlanır
İtaliyalı yarımmüdafiəçi Sandro Tonali vətəninə qayıda bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Nyukasl”ın futbolçusu ilə “Yuventus” ciddi şəkildə maraqlanır.
Turin təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün “sağsağanlar”ın rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır. Onun bazar dəyəri hazırda 60 milyon avro olaraq qiymətləndirilir.
Tonali son mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin