“Yuventus”un təklifi “Portu”nu qane etməyib
“Yuventus” “Portu”nun vingeri Fransisko Konseysaonu transfer etməyə çalışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu “əjdahalar”a 21 yaşlı futbolçunun icarəsinə görə bonus şəklində 5 milyon avro+daha 5 milyon təklif edib.
“Yuventus” müqaviləyə 20 milyon avroya satınalma variantını daxil etməyə hazırdır. “Portu”nu belə şərtlər qane etməyib və klub bu təklifdən imtina edib.
Konseysao “Yuventus”a keçməkdə maraqlıdır. Portuqaliya millisinin oyunçusu A Seriyasında oynamaq imkanına görə “Leyptsiq”dən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin