Bernardo Silva İtaliya klubuna keçə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Yuventus” 31 yaşlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.

Portuqaliyalı oyunçunun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq və klub onunla sözləşməni yeniləmək niyyətində deyil. O, 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 4 matçda meydana çıxan Silva 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button