“Yuventus”un satışa çıxarılması ilə bağlı xəbərlər təkzib edildi
“Yuventus”a nəzarət edən “Exor” holdinqinin nümayəndəsi Turin klubunun satışa çıxarılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən nümayəndə “Yuventus”un mümkün satışı ilə bağlı mətbuatın irəli sürdüyü fərziyyələr əsassızdır” deyib.
Daha əvvəl “Yuventus”un hüquqlarına sahib olan Anyelli sahibkarlar ailəsinin klubu satmaq qərarına gəldiyi və potensial alıcılar axtarışına başladığı bildirilmişdi. “Exor” uzun illərdir “Juventus”un sahibi olan Anyelli ailəsinə məxsusdur.
“Yuventus” üç turdan sonra A Seriyasının turnir cədvəlində 7 xalla üçüncü pillədə qərarlaşıb.
Turin klubu bu ilin may ayında kapital qazanma davasına görə 2022/2023 mövsümü üçün İtaliya çempionatının turnir cədvəlində 10 xaldan məhrum edilib.
Bizi Facebook-da izləyin