“Milan” darmadağın oldu, “Napoli” qalib gəldi
İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Yuventus” səfərdə “Sampdoriya”nın qonağı olub və növbəti qələbəsini qazanıb.
İlk oyun günündə daha bir qarşılaşma oynanılıb. A Seriyasının 7-ci turundan təxirə salınmış oyunda “Breşiya” və “Sassuolo” komandaları üz-üzə gəlib. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.
“Roma” səfərdə “Fiorentina” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda darmadağına sevinib.
Şənbə günü üç görüş baş tutub. “Udineze” evdə “Kalyari”yə qalib gəlib. “Torino” SPAL-a uduzub. Lider “İnter” isə bu turda “Cenoa”nı sınağa çəkib və darmadağınla qalib gəlib.
Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. Səfərdə “Atalanta” ilə qarşılaşan “Milan” 5 cavabsız qola üzülüb. Beş qolun qeydə alındığı “Leççe” – “Bolonya” matçında qonaqlar qələbə qazanıblar. “Parma” – “Breşiya” görüşü heç-heçə yekunlaşıb. “Sassuolo”nun qonağı olan “Napoli” də turu qələbə ilə başa vurub.
Bu tur keçirilməsi nəzərdə tutulan “Latsio” – “Verona” matçı təxirə salınıb.
İtaliya A Seriyası, 17-ci tur
18 dekabr
Sampdoriya – Yuventus 1:2
Qol: Kaprari, 35 – Dibala, 19. Ronaldo, 45.
Breşiya – Sassuolo 0:2 (7-ci turdan təxirə salınmış oyun)
Qol: Traore, 25. Kaputo, 71.
20 dekabr
Fiorentina – Roma 1:4
Qol: Badel, 34 – Dzeko, 19. Kolarov, 21. Pelleqrini, 73. Zaniolo, 88.
21 dekabr
Udineze – Kalyari 2:1
Qol: De Paul, 39. Fofana, 85 – J.Pddro, 84.
İnter – Cenoa 4:0
Qol: Lukaku, 31; 71. Qalyardini, 33. Espozito, 64-pen.
Torino – SPAL 1:2
Qol: Rinkon, 4 – Strefetsa, 42. Petanya, 81.
22 dekabr
Atalanta – Milan 5:0
Qol: A.Qomes, 10. Paşaliç, 61. İliçiç, 63; 72. Muriel, 84.
Leççe – Bolonya 2:3
Qol: Babakar, 85. Farias, 90+1 – Orsolini, 43; 66. Soriano, 56.
Parma – Breşiya 1:1
Qol: Qrassi, 90+2 – Balotelli, 72.
Sassuolo – Napoli 1:2
Qol: Traore, 29 – Allan, 57. Elmas, 90+4.
Bombardir: Çiro İmmobile (Latsio) – 17 qol.
Bizi Facebook-da izləyin