“Yuventus”un sabiq futbolçusu yenidən A Seriyasında

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Federiko Bernardeski A Seriyasına qayıdıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu azad agent kimi “Bolonya”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bernardeski ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Federikonun son klubu “Toronto” olub. O, 3 il ərzində MLS-də 87 oyun keçirib və 24 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button