Alleqri “Real”a görə ingilislərə “yox” dedi

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Tottenhem” klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 53 yaşlı mütəxəssisin “Tottenhem”də baş məşqçilik etmək üçün təklif aldığı, lakin cavabının “yox” olduğu bildirilib.

Alleqri “Real”ı çalışdırmaq niyyətindədir. O, bu səbəbdən menecerinə başqa klublarla danışıqlar aparmamağı tapşırıb.

İtaliya mətbuatının xəbərinə görə, “Real”da komandanın baş məşqçisi Zinəddin Zidanla yolların ayrılacağı halda, bu vəzifəyə ən real namizəd Alleqridir.

Alleqri 2014-2019-cu illər aralığında “Yuventus”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button