“Bolonya” 3 xalı 4 qolla qazandı
Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Atalanta” Turin səfərində “Torino” ilə qarşılaşub. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. “Latsio” bu turda “Kalyari”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Benevento” da səfərdə “Sampdoriya”dan üstün olub. Gecənin ən maraqlı qarşılaşması “İnter”lə “Fiorentina” arasında baş tutub. Yeddi qolun vurulduğu dramatik görüş meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.
Səfərdə “Spetsiya” ilə qarşılaşan “Sassuolo” darmadağına sevinibsə, “Verona” “Udineze”ni minimal hesabla üstələyib. “Napoli” “Cenoa”nı 6 cavabsız qolla məğlub edib. “Krotone”nin qonağı olan “Milan” da turu qələbə ilə başa vurub.
Turun mərkəzi görüşündə son çempion “Yuventus” səfərdə “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
Turun qapanış matçında “Bolonya” doğma meydanda “Parma”ya qalib gəlib.
İtaliya A Seriyası, 2-ci tur
26 sentyabr
Torino – Atalanta 2:4
Qol: Belotti, 11; 43 – A.Qomes, 13. Muriel, 21. Hatebor, 42. De Roon, 54.
Kalyari – Latsio 0:2
Qol: Lazzari, 4. İmmobile, 74.
Sampdoriya – Benevento 2:3
Qol: Kvalyarella, 8. Kolli, 18 – Kaldirola, 33; 72. Letizia, 88.
İnter – Fiorentina 4:3
Qol: L.Martines, 45+2. Çekkerini, 52-öz qapısına. Lukaku, 87. D`Ambrosio, 89 – Kuame, 3. Kastrovilli, 57. Kyeza, 63.
27 sentyabr
Spetsiya – Sassuolo 1:4
Qol: Qalabinov, 30 – Dyuriçiç, 12. Berardi, 64. Defrel, 66. Kaputo, 76.
Napoli – Cenoa 6:0
Qol: Lozano, 10; 65. Zelinski, 46. Mertens, 57. Elmas, 69. Politano, 72.
Verona – Udineze 1:0
Qol: Favilli, 57.
Krotone – Milan 0:2
Qol: Kessye, 45+2. B.Dias, 50.
Roma – Yuventus 2:2
Qol: Veretu, 31-pen; 45+1 – Ronaldo, 44-pen; 69.
28 sentyabr
Bolonya – Parma 4:1
Qol: Soriano, 16; 30. Olsen, 56 – Hernani, 67. Palasio, 90+1.
Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 3 qol.
Bizi Facebook-da izləyin