“Yuventus”un qazancı və borcu açıqlandı
İtaliyanın “Yuventus” klubunun 2018/19 mövsümü üçün maliyyə hesabatı yayımlanıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubunun iyun ayınadək olan gəlirləri 621,5 milyon avro təşkil edib. Keçən il bu rəqəm 504,7 milyon avro olub. Bilet satışından əldə olunan gəlirlər 56,4 milyondan 70,65 milyona, media hüquqlarının satışından əldə olunan gəlirlər 200,1 milyon avrodan 206,6 milyon avroya, sponsorluq gəlirləri 86.9 milyondan 108.8 milyona, oyunçuların satışından olan gəlirlər isə 102 milyon avroya yüksəlib.
Klubun vergilər nəzərə alınmadan olan xərcləri 39 milyon avrodur.
Futbolçu transferlərinə xərcləmə 107,95 milyon avrodan 149,4 milyona qədər artıb.
“Qoca sinyora”nın xalis borcu 463,5 milyon avrodur. 2018-ci ildə bu rəqəm 309,8 milyon avro olub.
Bizi Facebook-da izləyin