“Yuventus”un qapıçısı rəsmən “Cenoa”da

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Yuventus”un qapıçısı Mattia Perini heyətinə qatıb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. “Cenoa” sözügedən futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.

“Cenoa” Perin üçün doğma klubdu. Çünki 27 yaşlı qolkiper məhz bu komandanın yetirməsidi. İki mövsüm “Padova”da icarədə oynamış Mattia “Yuventus”a 2018-ci ildə transfer olunsa da, Turin təmsilçisində elə də çox forma şansı qazanmırdı. İtaliyalı qolkiper ölkəsinin milli komandasında da bir neçə oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button