
Buffon cərimələndi – söyüş söydüyünə görə
“Yuventus”un qapıçısı Canluici Buffon cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Buffon, A Seriyasının 13-cü turunun “Parma” ilə oyunu (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 5 min avro məbləğində cərimələnib.
43 yaşlı qapıçı bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin