İddia: “Yuventus”un prezidenti istefa verdi

“Yuventus”un prezidenti Andrea Anyelli vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə ispan jurnalist Migel Delani özünün “tvitter” hesabında məlumat yayıb. O, Anyellinin vəzifəsindən istefa verdiyini bildirib.

Anyelli Avropa Super Liqası layihəsinin təşkilatçılarından biri idi. O, turnirin vitse-prezidenti təyin edilmişdi.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button