“Yuventus”un oyununda dava

“Yuventus” və “Salernitana” arasında keçirilmiş İtaliya A Seriyasının 6-cı tur oyununda kütləvi dava olub.

Komanda.az xəbər verir ki, hadisə Turin təmsilçisinin hücumçusu Arkadiuş Milikin 90+3-cü dəqiqədə vurduğu qolun ləğv edilməsindən sonra baş verib.

Baş hakim VAR-dakı beş dəqiqəlik yoxlamanın ardından qolu qeydə almayıb. Bundan sonra yan xətdə oyunçular arasında dava düşüb.

Nəticədə “Yuventus”dan Milik ikinci sarı vərəqə, Xuan Kuadrado və baş məşqçi Massimiliano Alleqri, qonaqlardan isə Federiko Fasio birbaşa qırmızı vərəqə alıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. “Yuve” ilk hissədə 0:2 hesabı ilə geridə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button