
“Yuventus”un oyunçusu paytaxt klubuna keçə bilər
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin karyerasını A Seriyasının başqa klubunda davam etdirmək ehtimalı var.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Roma” maraqlıdır.
Makkenninin bazar dəyəri 22 milyon avro təşkil edir.
Son mövsümdə A Seriyasında “Yuventus”un heyətində 32 oyun keçirən amerikalı yarımmüdafiəçi 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin