
Alleqri “Yuventus”un əsas hədəfini açıqladı
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdə qarşıya qoyduqları əsas hədəf barədə danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, yenidən Çempionlar Liqasında çıxış etməli olduqlarını bildirib:
“Yenidən Çempionlar Liqasında çıxış etmək üçün mübarizə aparmalıyıq. Bu, əsas hədəfimizdir.
Yaxşı çıxış edən gənc futbolçularımız var. Onlar daha da güclənməlidirlər. 2023/24 mövsümündə uğurlu çıxış etmək üçün diqqətimizi ilk oyunlara cəmləməliyik”.
“Qoca sinyora” İtaliya A Seriyasında 2022/23 mövsümünü 62 xalla 7-ci pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin