“Yuventus”un müdafiəçisi üçün mövsüm bitə bilər

“Yuventus”un müdafiəçisi Qleyson Bremer “Leyptsiq”lə oyunda (3:2) ciddi zədə alıb. O, matçın 6-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun çarpaz bağının yırtılmasından şübhələnilir. Diaqnoz təsdiqlənərsə, 27 yaşlı futbolçu bu mövsüm bir daha oynamamaq riski ilə üzləşəcək.

Bremer Tiaqo Mottanın komandasının bundan əvvəlki 7 matçının hamısında əvəzlənmədən çıxış edib.

“Yuventus” oktyabrın 6-da A Seriyasında “Kalyari”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button