“Yuventus”un futbolçusu əməliyyat olunub

“Yuventus”un müdafiəçisi Qleyson Bremer sol dizindəki ön çarpaz bağdan zədə aldıqdan sonra bu gün əməliyyat olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Lionda keçirilib və uğurla başa çatıb. Bremer yaxın bir neçə gün ərzində reabilitasiya prosesinə başlayacaq.

Braziliyalı futbolçunun 2024/25 mövsümündə bir daha “Yuventus”da oynamayacağı dəqiqdir. O, bu yaxınlarda UEFA Çempionlar Liqasında “Leyptsiq”lə matçda zədələnmişdi.

“Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Tiaqo Mottanın komandası lider “Napoli”dən 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button