“Yuventus”un keçmiş futbolçusu həbsdən çıxdı
İtaliya millisinin keçmiş futbolçusu Fabritsio Mikkoli həbsdən çıxıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Mikkoli şərti olaraq azadlığa buraxılıb.
Sabiq hücumçu bəzi şərtlərə əməl etməlidir. Ona gecə saat 12-dən səhərə qədər evdən çölə çıxmaq qadağandır. Mikkoli həmçinin ictimai işlərlə məşğul olmağa, şəhərdəki futbol məktəbində dərs deməyə məcburdur.
Mikkoli ötən ilin noyabrında ağırlaşdırılmış qəsbdə ittiham olunub. “Yuventus”un keçmiş üzvü 12 min avroluq borcunu qaytarmaq üçün İtaliya mafiyasına müraciət edib. Buna görə də, məhkəmə ona 3 il 6 ay həbs cəzası verib.
Mikkoli karyerası ərzində “Yuventus”, “Fiorentina”, “Benfika” kimi klublarda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin