“Yuventus”un fəxri prezidenti vəfat etdi

“Yuventus” klubunun keçmiş futbolçusu Canpyero Boniperti vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçmiş hücumçu 92 yaşında ölüb.

Boniperti “Yuventus” tarixinin ən çox qol vuran ikinci futbolçusu idi. Mərhum futbolçu “qoca sinyora” ilə 179 qol vurub.

Boniperti 1971-1990-cı illər aralığında “Yuventus”un prezidenti olub. O, 2006-cı ildən klubun fəxri prezidenti idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button