Alleqri “Yuventus”a qayıdır? – Açıqlama

“Yuventus”un keçmiş baş məşqçisi Massimiliano Alleqrinin meneceri Covanni Brançini açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Brançini italyan mütəxəssisin gələcəyi haqda danışıb:

“Alleqrinin “Yuventus”a qayıdacağı haqda çıxan xəbərlər sadəcə fərziyyədir. Bizimlə heç bir əlaqə qurulmayıb. Məncə, Alleqri ölkə xaricinə getmək istəyir. Ancaq ingilis, ispan və ya fransız klubları ilə danışıqlar olmayıb.

Bütün təklifləri və seçimləri dəyərləndirmək üçün düzgün vaxtı gözləyirik. Hazırda baş məşqçi dəyişikliyi etmək istəyən komandalar çoxdur. Doğru anı gözləyirik”.

2014-2019-cu illər aralığında “Yuventus”u çalışdıran Alleqrinin adı “Mançester Yunayted”lə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button