“Yuventus”un iki ofisində araşdırmalar başladı
İtaliyanın “Yuventus” klubunun Turin və Milandakı ofislərində maliyyə polisi tərəfindən araşdırmalar başlayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, araşdırmalarda “Yuventus”un 2019-2021-ci illər aralığında maliyyə hesabları incələnir. Bundan başqa, klubun prezidenti Andrea Anyelli və onun köməkçisi Pavel Nedved də dindirilib.
Başqa bir xəbərdə bildirilir ki, “Yuventus”un son illərdəki transfer işləri də araşdırılır. Xüsusən, 2020-ci ildə “Yuventus”dan “Barselona”ya keçən Miralem Pyaniçin və əks marşrutla Turin klubuna transfer edilən Arturun keçidi maliyyə polisinin nəzarəti altında olan məsələlərdən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin