“Yuventus” Almaniya millisinin üzvünü icarəyə götürmək istəyir
Almaniya millisinin və “Vest Hem”in hücumçusu Niklas Fullkruq karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, “Yuventus” almaniyalı futbolçunun xidmətində maraqlıdır.
Söhbət oyunçunu satın almaq imkanını nəzərdə tutan icarə müqaviləsindən gedir. “Yuventus”un büdcəsi qışda tam hüquqlu transferə imkan verməyəcək.
31 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin