“Yuventus” “Milan”ın sabiq futbolçusunu istəyir

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İtaliya A Seriyasına qayıda bilər.

Komanda.az “tuttomercatoveb”-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu qarşıdakı transfer dönəmində turinlilərin əsas hədəflərindən biridir.

Tonalinin agenti “Yuventus”un “Parma”ya qarşı keçirdiyi son matçda tribunada olub. İtaliyalı oyunçunun yüksək qiymətinə görə transferi reallaşdırmaq asan olmayacaq, ancaq tərəflər razılıq əldə etmək üçün işləri davam etdirirlər.

Tonali 2023-cü ilin yayında “Milan”dan “Nyukasl”a təxminən 60 milyon avroya transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button