“Yuventus”un “B” planı

“Yuventus” “Marsel”in hücumçusu Arkadiuş Miliklə maraqlanır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu 28 yaşlı polşalı futbolçunu 10-15 milyon avro dəyərində qiymətləndirir.

Bununla belə, Milik “Barselona”nın hücumçusu Memfis Depayın transferi ilə bağlı danışıqlar nəticəsiz qalacağı təqdirdə, Turin klubu üçün ehtiyat variantdır.

“Qoca sinyora” Depayla müqavilə bağlamaq istəyir, lakin futbolçu əvvəlcə Kataloniya klubu ilə müqaviləni ləğv etməlidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button