
“Yuventus”un hədəfi – David
“Şaxtyor”un yarımmüdafiəçisi David Neres karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Yuventus” maraqlanır. Turinlilərin siyahısına PSJ-dən Anxel Di Mariya və “Roma”dan Nikolo Zaniolo da daxildir.
Neres bu mövsüm Ukrayna çempionatında 15 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Yuventus” A Seriyasında 33 turdan sonra 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin