“Yuventus”un futbolçusu qərarını açıqladı

PSJ və “Mançester Yunayted”in maraq dairəsində olan “Yuventus”un futbolçusu Duqlas Kosta açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, gələcək karyerası ilə bağlı danışan 28 yaşlı futbolçu, “qoca sinyora”da qalacağını deyib:

“Yuventus”la daha 3 illik müqaviləm var və burda qalacağımdan əminəm. Hazırda klubdan ayrılmaq kimi bir düşüncəm yoxdur”.

Braziliyalı futbolçu, komandanın yeni baş məşqçisi Mauritsio Sarri və yeni transfer Aron Remzi haqqında da danışıb:

“Sarri ilə daha əvvəl tanış olmamışam, amma “Napoli”də işləyərkən, onu izləyirdim. İtaliyaya gəldiyim ilk vaxtlarda, o, möhtəşəm mövsüm keçirmişdi.

Remzini isə çox izləməmişəm. Düzü, Premyer Liqanı o qədər də izləmirəm, amma “Yuventus” transfer edibsə, demək, Aron möhtəşəm futbolçudur”.

Turin təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan yarımmüdafiəçi, geridə qalan mövsümdə iştirak etdiyi 25 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button