DÇ-2022: “Hər şey böyük bir arzu ilə başlayır” – Vlahoviç
Serbiyalı hücumçu Duşan Vlahoviç sosial şəbəkə hesabında DÇ-2022 barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Yuventus”un hücumçusu inamın vacibliyini xüsusi vurğulayıb:
“Hər şey böyük bir arzu ilə başlayır. Etməli olduğun tək şey isə inanmaqdır”.
Serbiya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk matçda Braziliya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin