
“Yuventus”un futbolçusu Fransaya gedib – “Marsel”lə anlaşmaq üçün
“Yuventus”un yarımmüdafiəçisi Timoti Vea Fransa çempionatına qayıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı futbolçu “Marsel”lə danışıqları yekunlaşdırmaq üçün artıq Fransaya gedib.
25 yaşlı futbolçu daha əvvəl “Lill”də çıxış edib və onun Fransa çempionatında təcrübəsi var. O, son mövsümdə 43 oyunda iştirak edərək, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Yuventus”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olan Vea, yaxın zamanda rəsmi olaraq “Marsel”ə keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



