
“Yuventus”da ciddi itki
“Yuventus”un hücumçusu Federiko Kyeza zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 23 yaşlı futbolçu “Yuventus”un İtaliya superkubokunda “Napoli”ni məğlub etdiyi matç (2:0) zamanı zədələnib.
Kyezanın son durumu tibbi müayinədən sonra bilinəcək. Həkimlərin ilkin rəyinə görə, italyan futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Kyeza bu mövsüm “Yuventus”la 23 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin